Madonna illər sonra Papaya müraciət etdi - “Görüşə bilərik?”

Qalmaqallı müğənni Madonna açıq şəkildə Papa Fransisə müraciət edərək, kilsə ilə yaşadığı problemlə bağlı “ona qarşı ədalətsiz münasibəti” müzakirə etmək üçün görüşməyi təklif edib.
Madonna tviter səhifəsində yazıb:
"Mən hörmətli bir katolikəm, and içirəm... Son etirafımdan bir neçə onilliklər keçib. Vacib məsələləri müzakirə etmək üçün sizinlə görüşə bilərəm? Məni üç dəfə kilsədən qovdular. Bu, haqsızlıqdır. Hörmətlə, Madonna”.
Xatırladaq ki, Madonna ilə kilsə arasındakı qarşıdurma çox uzun tarixə malikdir. Müğənni karyerası ərzində dəfələrlə ictimaiyyətin narazılığına səbəb olub. Məsələn, 1989-cu ildə “Dua kimi” adlı videoçarxda yanan xaçların və Məsih rolunu oynayan qaradərili gəncin görüntüləri əks olunub.
2006-cı ildə afrikalı QİÇS qurbanlarına həsr olunmuş “Love to tell” mahnısının səhnələşdirilməsi katolik ruhanilərinin kəskin tənqidinə səbəb oldu.
Madonna “çarmıxa çəkilərək” tikanlı tacda mahnı ifa t etdi. Kardinal Ancelo Sodano bunu "küfr edən murdarlıq" və "zamanımızda hökm sürən səthiliyin simvolu" adlandırmışdı.
Bundan əlavə, katolik kilsəsinin iyerarxları müğənninin təxəllüsü kimi Tanrının anasının adını seçməsinə də diqqət çəkib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2022, 21:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Masazırda Mahmudov Sadiqə qanunsuz bina tikintisinə hansı məmur icazə verib? -Video

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir