DSX əməliyyat keçirdi, sərhəd pozucusu saxlanıldı - FOTO
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir.
Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiyyəti orqanlar məlumatlandırılmış və sərhəd axtarışına başlanılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranmışdır.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə birgə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2022, 14:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.