Rusiya Müdafiə Nazirliyindən "Dağlıq Qarabağ" və "FURUX" təxribatı - FOTO
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında 12 aprel 2022-ci il tarixinə məlumat bülletenində bildirilib.
“Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən son sutka ərzində Fərrux (Rusiya MN kəndin adını “FURUX” şəklində qeyd edib – red.) qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Nəticədə Qarabağdakı qondarma rejimin hərbi ünsürlərinin (Rusiya MN onları Dağlıq Qarabağ silahlı birləşmələri kimi qeyd edib – red.) bir hərbçisi yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”, - bülletendə qeyd olunub.
Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenlərində daha əvvəl də təxribat xarakterli fikirlər səsləndirilib. Belə ki, əvvəlki bülletenlərdə Fərrux kəndinin sülhməramlıların nəzarətində olması bildirilib. Lakin Azərbaycan Müdafiə nazirliyi açıqlama yayaraq bu bəyanatı təkzib edib. Bununla yanaşı Rusiya MN-in məlumat bülletenlərində dəfələrlə “Dağlıq Qarabağ” ifadəsi işlədilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2022, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.