Azərbaycan və Gürcüstan arasında 6 buraxılış məntəqəsi olacaq

Xəbər verdiyimz kimi, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Gürcüstanda yaşayan vətəndaşlarımızın Azərbaycana rahat gedib-gəlməsi üçün daha çox sərhəd keçid məntəqəsi olmalıdır.
Komitə sədri dedi ki, təkcə Qazaxda deyil, Gürcüstanla sərhəd olan digər bölgələrdə də sərhəd-keçid məntəqələri olmalıdır: “Gürcüstanla əlaqələrimiz tək Qazax-Ağstafa bölgəsi ilə məhdudlaşmır. Şimalda da Gürcüstana keçid məntəqələrinin artırılması vacibdir. Hamını Qazaxa yığmaq düzgün deyil”.
Musavat. com-un məlumatına görə, təqdim olunan sənədə əsasən, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün aşağıdakı 6 buraxılış məntəqəsi müəyyən edilib:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu.
“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edildi.
***
“Gürcüstanda xeyli həmvətənlərimiz yaşayır. Hətta bir çox yerlərdə Gürsütanla sərhədlərimiz var”.
“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, sərhəd məntəqələrinin sayının çox olması vətəndaşlara köməklik edər: “Hesab edirəm ki, sərhəd-buraxılış məntəqələrinin sayı Gürcüstanla və digər qonşu ölkələrlə artırılsın”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-04-2022, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….