Göyçay şəhər sakinləri iki gündür susuz qalıb
Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.
Aprelin 1-də səhər saat 9:00 radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilildə 11 600 abonent susuz qalıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub.İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19:00 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.
RegionXəbərləri.com
Paylaş:
Müəllif : Fuad
Tarix:2-04-2022, 21:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.