Rusiya Ukraynaya Suriya muzdlularını göndərir – Putin Şoyquya tapşırıq verdi + VİDEOLAR

Rusiya Prezidenti Vladimir Putin martın 11-də deyib ki, Ukraynaya qarşı müharibəyə əcnəbilərin cəlbinə icazə veriləcək. Putin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılara Ukrayna qüvvələrindən qənimət götürülmüş Qərb raket sistemlərinin verilməsini də təsdiqləyib.
Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin deyib ki, Ukraynada Rusiya qüvvələrinə əcnəbilərin qoşulması ideyasını dəstəkləyir.
Daha öncə Müdafiə naziri Sergey Şoyqu deyib ki, Yaxın Şərqdən 16 min könüllü müharibədə Rusiyanın tərəfində döyüşməyə hazırdır.
"Könüllü əsasda kömək etmək istəyən adamlar görsəniz, onları yarıyolda qarşılayıb döyüş zonalarına getməsinə kömək edin", – Putin televiziya ilə yayımlanan iclasda deyib.
“The Wall Street Journal” daha öncə ABŞ hakimiyyətində mənbələrə istinadla yazıb ki, Rusiya Ukraynada müharibəyə suriyalı muzdluları göndərməyi planlaşdırır. Məqalədə deyilirdi ki, söhbət şəhər şəraitində döyüşmək təcrübəsi olan döyüşçülərdən gedir.
Artıq bir sıra “Telegram” kanallarında Suriya və Mərkəzi Afrika Respublikasından olan silahlı dəstələrin Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşməyə hazır olduqlarını əks etdirən videoları yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Bu arada Putin Şoyqunun daha bir təklifinə razılıq verib. Nazir təklif edib ki, "Javelin" və "Stinger" kimi qənimət ABŞ istehsalı antitank sistemləri Ukraynanın şərqində olan separatçılara verilsin.
Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk və İvano-Frankovsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir. Rusiya ordusunun Ukraynaya qarşı üçüncü həftəyə keçmiş işğalını genişləndirdiyi görünür.
Nazirlik martın 11-də Kiyev, Sumi, Xarkov, Mariupol və Çerniqovdan yenidən humanitar dəhlizlər açacağını bəyan edib. Öncəki günlər günboyu atəşkəs iddialarına baxmayaraq, bu dəhlizlər Rusiya qüvvələri tərəfindən davamlı atəşə tutulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2022, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.