"Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq" - Ukraynanın müdafiə naziri
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov xalqa müraciət edib.
RegionXəbərləri.com “Report”a istinadla xəbər verir ki, müraciətdə rusların əsas hücum istiqamətlərinin Kiyev, Xarkov, Çerniqov və Nikolayev şəhərləri olduğu bildirilib
“Biz sayıqlığı itirmirik. Ruslara sərt cavablar veririk. Hökumət humanitar dəhlizləri təmin etmək üçün mümkün hər şeyi edir. Amma bu, asan məsələ deyil. Çünki ruslar verdikləri sözə əməl etmirlər. Onlar yaşayış məntəqələrini hədəf alır, mülki şəxsləri atəşə tuturlar. Ukrayna xalqının öz vətəni uğrunda vuruşduğunu bütün dünya görür. Silah və sursat tədarükü ilə bağlı məlumat verməyəcəyəm. Amma bilin ki, ciddi irəliləyiş var”, - deyə o qeyd edib.
O.Reznikov vurğulayıb ki, xalq böyük şücaət göstərir: “Bizim ruslar qarşısında ən böyük üstünlüyümüz cəmiyyətimizin həmrəyliyidir. Müvəqqəti ələ keçirilən bütün şəhər və kəndləri geri qaytaracağıq. Xerson, Kaxovka, Melitopol, Berdyansk və Heniçeskdə baş verənlər göstərdi ki, rusların gecikmədən ölkəmizdən çıxması daha yaxşı olar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-03-2022, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.