Anasının nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırma başladıldı

Gəncə şəhərində anasının baxılması üçün qonşulara verdiyi üç aylıq körpə səhhətində problem yarandığından xəstəxanaya yerləşdirilib, polis araşdırmalara başlayıb.
RegionXəbərləri.com "report"a istinadla xəbər verir ki, hərarəti yüksək olan oğlan uşağına həkimlər tibbi yardım göstərib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, bu barədə polisə məlumat verilib və dərhal araşdırmalara başlanılıb: "Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.Murquzovun səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir. Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir. Vətəndaşların bildirdiyinə görə, qadın hələ ki tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmır və körpəni qonşular saxlayır. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:14-02-2022, 21:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.