Ömrü 13 il daha uzadan qidalar açıqlanıb - FOTO

Paxlalı bitkilər, tam taxılların və qoz-fındığın istehlakı ömrü 10 ildən çox uzadır.
Bu barədə Bergen Universitetindən olan alimlər bildiriblər. Onların bunula bağlı tədqiqatları “PLOS Medicine” jurnalında dərc olunub.

Müəlliflər qeyd edirlər ki, qidalanma ilə bağlı risk faktorları hər il milyonlarla insanın vaxtından əvvəl ölməsinə səbəb olur.
“Yanlış qidalanma bəzən əlilliyə də səbəb olur və illərlə ömür alır”, - deyə onlar bildiriblər.
Tədqiqatçılar rasionda qırmızı ətin istehlakını azaltmağı da tövsiyə edirlər.

“Əgər 20 yaş civarında qidalanmanızı daha sağlam qidaya dəyişsəniz, bu, həyatınıza təxminən 10-13 il əlavə edəcək. Sonrakı illərdə artım o qədər də böyük olmasa da, yenə də əhəmiyyətli olacaq - 60 yaşdan sonra 8-9 il və 80 yaşdan sonra təxminən 3,4 il”, - deyə alimlər izah ediblər.
Alimlər ümid edirlər ki, həm həkimlər, həm də adi insanlar yeni məlumatlara diqqət yetirəcəklər.
“Qidalanmanı tənzimləmək o qədər də çətin deyil, ancaq gələcəkdə bu dəyişikliklər bir çox sağlamlıq problemlərindən yayınmağa kömək edəcək”, - deyə alimlər sözlərini yekunlaşdırıblar.
Mənbə: Gazeta.ru
Paylaş:
Müəllif : Fuad
Tarix:10-02-2022, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.