Müəmmalı şəkildə itkin düşən gözəllik müsabiqəsinin qalibinin əri saxlanıldı - FOTO

Moskva məhkəməsi “Miss Kuzbass 2010” Kseniya Sapojkovanın qətlində şübhəli bilinən həyat yoldaşının Aleksandr Popovun həbsinə qərar verib.
Məlumata görə, yanvarın 11-də Popov həyat yoldaşının itkin düşməsi barədə polisə məlumat verib. Onun sözlərinə görə, Sapojkova Dubaya uçub və bundan sonra əlaqələri kəsilib.
Daha sonra kişi arvadını öldürdüyünü, meyiti parçalara ayırdığını, daşa bağlayaraq Desna çayına atdığını bildirib. Əraziyə dalğıclar göndərilib, lakin heç nə tapılmayıb.
Daha sonra Popov öz təqsirini inkar edib. O, Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsindən yararlanaraq, özünə qarşı ifadə verməkdən imtina edib.
Müstəntiqlər müəyyən ediblər ki, Sapojkova yoxa çıxan gündən sərhədi keçməyib, əri isə onun adından sosial şəbəkələrdə paylaşımlar edib. Bundan əlavə, o, həyat yoldaşının dostlarının və qohumlarının mesajlarına cavab verib.
Popov həmçinin uşaq saxlamağa vaxtı olmadığını bəhanə edərək qızını Novokuznetskə arvadının qohumlarının yanına göndərib.
Məhkəmə onu iki ay müddətinə həbs edib. Qadının itkin düşməsinin hansı şəraitdə baş verdiyi araşdırılır.

Paylaş:
Müəllif : Fuad
Tarix:1-02-2022, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.