Azərbaycanda tanınmış şair koronavirusdan sağaldı
“Dünən COVID-19 testinin cavabı neqativ çıxdı və nəhayət, 20 gündən sonra xəstəxanadan evə buraxıldım”.
Yenisabah.az xəbər verir ki, bunu koronavirusa yoluxmuş tanınmış şair-jurnalist Əvəz Qurbanlının səhhəti barədə danışarkən bildirib.
“Bu müddət ərzində haqqımda xəbər hazırlamış, status və şərh yazmış, paylaşım etmiş, zəng və ya mesaj vasitəsilə vəziyyətimlə maraqlanmış, ümumiyyətlə, hər hansı formada reaksiya verərək mənə mənəvi dəstək olmuş hər kəsə çox-çox təşəkkür edirəm. Bu diqqət və narahatlığınız məni çox sevindirdi, kövrəltdi, çətin anlarımda müsbət ab-havaya köklədi”,- deyə Ə.Qurbanlı onunla maraqlananlara təşəkkür edib.
O, sağlamlığına qovuşmasında daha yaxından köməyi dəymiş TƏBİB-in Elmi Şurasının sədri, tibb elmləri doktoru, professor Akif Qurbanova, şair Baba Vəziroğluya, millət vəkili Qənirə Paşayeva ayrıca təşəkkür edib.
“Etiraf edim ki, Zığdakı modul tipli hospitala düşdüyüm ilk dönəmdə ağır günlər keçirdim. CT (komputer tomoqrafiya) cihazı ağciyərimdə 60 faiz buzlaşma diaqnozu qoymuşdu. Amma şükürlər olsun, bir neçə gündən sonra kritik vəziyyət aradan qalxdı. Koronavirusun tüğyan etdiyi vaxtlarda Almaniyada işini yarımçıq buraxaraq Azərbaycana, öz xalqına dəstək olmaq üçün könüllü xidmət etməyə gələn gənc (cəmi 31 yaşı var) peşəkar həkim Üzeyir hacızadənin xüsusi nəzarəti və rəhbərliyi altında səhhətimdə əhəmiyyətli dönüş baş verdi və düzgün kompleks müalicə nəticəsində COVID-19 ilə döyüşdən qalib çıxdım”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2021, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.