“AzerGold”un tenderində qalib gələn şirkətlə bağlı AÇIQLAMA
“Azergold” QSC bir neçə gündür sosial şəbəkələrdə qurumun keçirdiyi tenderdə qalib gəlmiş şəxsin şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu olması ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
QSC-dən daxil olan açıqlamada bildirilir ki, son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır:
“Bununla əlaqədar olaraq bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmiş, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyildir.
Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər.
Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur”.
Qeyd edək ki, yayılan məlumatlarda iddia edilir ki, “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimov “AZCD Group” QSC və “Buta Construction” şirkətlərinə rəhbərlik edir. Bildirilir ki, onun rəhbərlik etdiyi şirkət Daşkəsən rayonunda Çovdar filiz emalı sahəsi üzrə keçirilən müvafiq tenderin qalibi olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-12-2021, 20:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.