Müdafiə sənayesi naziri “Dubai Airshow-2021” sərgisində iştirak edib - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi keçirilir.
Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki ildən bir təşkil olunan və 4 gün davam edəcək sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1 000-ə yaxın şirkət iştirak edir.Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Hamdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.Tədbir çərçivəsində Mədət Quliyevin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.
Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.Danışıqlar konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Paylaş:
Müəllif : Fuad
Tarix:14-11-2021, 14:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO