Fransada minlərlə insan küçələrə axışdı - VİDEO

Fransada təxminən 25 min insan prezident Emmanuel Makronun siyasətinə etirazını bildirmək üçün küçələrə axışıb.
Bu barədə Fransanın Ümumi Əmək Konfederasiyası məlumat verib. Fransa Həmkarlar İttifaqları ölkədə Makronun siyasətinə qarşı 1 günlük tətil elan edib. Aksiya iştirakçıları etirazı Respublika Meydanından Parisdəki Opera Meydanına kimi davam etdiriblər. Etiraz aksiyası Fransanın Rennes, Nantes, Kaen və Marsel kimi şəhərləri də daxil olmaqla təxminən 200 şəhərində həyata keçirilib. Etirazçılar tez-tez Makronun hakimiyyətdən getməsini tələb ediblər.
Nümayişçilər "Gənc işçilər, işsizlər və təqaüdçülər, birlikdə mübarizə aparmalıyıq" şüarını səsləndiriblər.
Bundan əlavə onlar qiymət artımına, əmək haqqı və təqaüdlərin aşağı olmasına etiraz ediblər.
Xəbərdə deyilir ki, etiraz aksiyalarında müəllimlər üstünlük təşkil edib. Aksiya vaxtı ciddi təhlükəsizlik tədbirləri görülüb. Aksiyanın keçirildiyi ərazilərdə metro stansiyalar, küçələrdə gediş-gəliş dayandırılıb. Nümayişlər zamanı heç bir zorakılıq faktı qeydə alınmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2021, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2021, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:52
Bu gün, 12:02
Bu gün, 11:55
Bu gün, 11:53
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB