Elman Rüstəmovun şirkəti “Azərsu”nu məhkəməyə verdi – SƏBƏB / TƏFƏRRÜAT

“Karvan-K” İstehsalat Kommersiya Firması “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Açıq mənbələrdə şirkətlə dövlət qurumu arasındakı məhkəmə çəkişməsinin səbəbləri barədə bilgi yoxdur.
“Karvan-K” İstehsalat Kommersiya Firması bir neçə il əvvəl medianın diqqət mərkəzinə düşüb. Həmin vaxt şirkətin adı əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) ağacların məhv edilməsində hallanırdı.
Baş Prokurorluğun bu barədə yaydığı məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmaların nəticəsi olaraq şirkətin icraçı direktoru Vüqar İbiş oğlu Şirinov və onun göstərişi ilə ağacları kəsən şəxs saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərə qanunsuz ağac kəsərək təbiətə külli miqdarda ziyan vurmaq maddəsi üzrə ittiham irəli sürülüb.
Həmçinin məlum olub ki, “Karvan-K” İstehsalat Kommersiya Şirkəti “Planet” şadlıq sarayının mülkiyyətçisidir.
Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi də “Planet”in sahiblərinin əməlləri haqqında xəbər yayaraq qeyd etmişdi ki, hadisə yerində olan nazirlik əməkdaşlarına özünü “Planet” şadlıq sarayının rəhbəri kimi təqdim edən Talıb Quliyev ağacların onun göstərişi ilə kəsildiyini deyib.
Mediada gedən məlumatlara görə, “Karvan-K” İstehlasat Kommersiya Şirkəti və mülkiyyətçisi “Planet” şadlıq sarayı Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsusdur. Talıb Quliyev isə onun bibisi oğludur. Bu məlumat indiyə qədər təkzib olunmayıb. /Qaynarinfo/
Paylaş:
Müəllif : Fuad
Tarix:1-10-2021, 21:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-10-2021, 21:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.