Azərbaycanlıların nə qədər borcu var? - Ciddi və təhlükəli RƏQƏM

ABŞ əhalisinin borcları 2021-ci ilin ikinci kvartalında son səkkiz ildə ən yüksək templə (2.1 faiz) artıb.
Ölkə əhalisinin ümumi borclarının həcmi isə artıq 15 trilyon dollara çatır. Birinci kvartalla müqayisədə borclanma 313 milyard dollar artıb. Borcların artmasında ən çox ipoteka kreditlərinin rolu olub. Bu cür kreditlərin sayı 282 milyard dollar artaraq 10,44 trilyon dollara çatıb.
Amerikalıların kredit kartlarına olan borcları da 17 milyard dollar həcmində artıb. Maraqlıdır, bəs azərbaycanlıların ümumi borcu nə qədərdir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda əhalinin kredit borcu bu ilin ilk yarısının nəticəsinə görə, 15 milyard manatı keçib:
“15 milyard manatdan bir az çoxdur. Bu da ötən illə müqayisədə təxminən 3% artım deməkdir. Paralel olaraq problemli kreditlərdə də müəyyən dərəcədə artım var. Yəni Azərbaycanda əhalinin kreditləşməsində keçən ilə nisbətən artım müşahidə olunur. Əmanətlərin həcmi isə 8 milyarddan bir az artıqdır. Əmanətlərin ümumi həcmindən az qala 2 dəfə artıq əhalinin kredit borcu var. Bu da kifayət qədər ciddi, yüksək rəqəmdir. Ümumi borclar dedikdə, həm ölkənin, həm əhalinin, həm biznesin, həm kommersiya müəssisələrinin borcu hesablanır. Təəssüf ki, Azərbaycanda belə ümumi rəqəmlər ayrı-ayrılıqda açıqlansa da, birgə rəqəmin açıqlanmasının şahidi olmamışıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2021, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2021, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA