Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar keçirilir - VİDEO

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük veriləcək.
İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıb.
İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.
Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.
İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2021, 18:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-08-2021, 18:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA