“Qəddafi mənə 20 milyard dollar təklif etmişdi, razılaşmadım...” - Nursultan Nazarbayev
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev deyib ki, Liviyanın keçmiş prezidenti Muəmmər Qəddafi SSRİ-nin dağılmasından sonra ona Sovet nüvə silahlarının Qazaxıstan ərazisində saxlanılması üçün 20 milliyard dollar təklif etmişdi.
RİA Novosti xəbər verir ki, bu barədə Nazarbayev amerikalı rejissor Oliver Stouna "Qazax: qızıl bir insanın hekayəsi" filminin çəkilişi zamanı verdiyi müsahibəsində danışıb.
Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində Fələstin Milli Azadlıq Hərəkatının sədri Yasir Ərəfat Qəddafinin adından ölkədəki nüvə silahları ilə bağlı vəziyyəti öyrənmək üçün Qazaxıstana səfərə gəlmişdi. Keçmiş prezident qeyd edir ki, o vaxt nüvə raketlərini kiməsə satmaq və ya bunun üçün pul götürmək ağlına belə gəlmirdi.

Buna baxmayaraq, Ərəfata raketləri saxlamağın çox baha olduğunu söyləyib. Eyni zamanda, zarafatla Qazaxıstanın öz ərazisindəki nüvə silahını qoruyub saxlaması üçün 20 milyard dollara ehtiyac olduğunu əlavə edib. Bu sözlərə Fələstin Azadlıq Hərəkatının sədri ciddi yanaşıb və Qazaxıstanın tələb olunan miqdarda pulla təmin olunacağını Qəddafinin adından ona bildirib.
Sovet İttifaqının dağılmasından sonra Qazaxıstanın dünyanın dördüncü ən böyük nüvə arsenalına sahib idi. Nazarbayev, həmin illərdə İngiltərənin baş naziri Margaret Tetçer və ABŞ dövlət katibi Ceyms Beykerin onu ziyarət etdiyini və ölkənin nüvə silahları ilə bağlı planlarını da soruşduğunu deyir.
Bundan əvvəl Nazarbayev, Rusiya, ABŞ, Çin və Avropa Birliyinin (AB) iştirakı ilə nüvə tərksilahına dair sammit keçirilməsini təklif etmişdi. Onun fikrincə, sammitin əsas mövzularından biri nüvə silahının mərhələli və mütənasib şəkildə azaldılmasına dair çoxtərəfli razılaşmanın hazırlanması olmalıdır. Nazarbayev qeyd edib ki, Qazaxıstan bu görüş üçün platforma təqdim etməyə hazırdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2021, 18:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-07-2021, 18:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II