Göyçayda direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Göyçay Peşə Liseyində baş vermiş qanunsuzluqlarla bağlı Göyçay Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ibtidai istintaqla müəyyən edilib ki, 2000-2021-ci illər ərzində liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirov 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5 600 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.
İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-07-2021, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-07-2021, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:53
Dünən, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA