Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olunub
Almaniyanın Qreven şəhər Prokurorluğu ötən gün yaşadığı qaçqın yataqxanasında 35 yaşlı Azərbaycan Respublikası vətəndaşının öldürülməsi işi üzrə cinayət işi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan “Report”un Avropa bürosuna daxil olan məlumatda qeyd edilir ki, qətlə yetirilən 35 yaşlı Elmir Fərzəliyevlə, qətldə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı eyni yataqxanada yaşayıblar. İyulun 4-də tərəflər arasında yaranan mübahisə çox keçmədən davaya çevrilib. Əfqanıstan vətəndaşı cibində gəzdirdiyi bıçaqla E.Fərzəliyevin müxtəlif bədən nayihələrinə zərbələr endirməyə başlayıb. Hadisə yerindən qaçan şəxsi saxlamağa çalışan 43 yaşlı Almaniya vətəndaşı da ağır yaralanıb.
Hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəldikdən sonra qaçan şəxsin axtarışı elan edilib. Qreven polisi axtarış əməliyyatına avtomobil və motosikletli 30-a yaxın şəxsi heyəti və 1 helikopteri cəlb edib. Nəticədə qaçan şəxs tezliklə tapılaraq, istintaqa təhvil verilib.
Qreven prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin narkotik maddənin təsiri altında olması araşdırılır.
Məlumatda həmçinin qeyd olunur ki, Əfqanıstan vətəndaşı 2015-ci ildə Almaniyaya gələrək sığınacaq istəyib. O, 2018-ci ildən indiyə kimi Azərbaycan vətəndaşı ilə eyni yataqxanada yaşayırmış.

Paylaş:
Müəllif : Fuad
Tarix:5-07-2021, 18:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-07-2021, 18:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.