
“Lotu Guli”nin qətlinə görə “Rövşən Lənkəranski”nin iki adamı tutulub

Əgər 2020-ci il sentyabrın 27-də Qarabağda Vətən müharibəsi başlamasaydı şübhəsiz ki, ölkə mətbuatının başlıca gündəm mövzularından biri “Lotu Quli” ləqəbli məşhur “vor zakon” Nadir Səlifovun qətli olacaqdı. Xəbər verildiyi kimi “Lotu Quli” ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülüb. O, hadisə yerindən qaçarkən yaxalanıb.
Məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı mafioz “Rövşən Lənkəranski”nin klanı hesab edilirdi və mətbuat yazırdı ki, “Lotu Quli”dən məhz onun qətlinə görə qisas alıblar. İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib. Bu hadisə Qarabağda müharibənin başlamasından cəmi 3 gün sonraya təsadüf etdiyindən normal olaraq Azərbaycan mediasının diqqətini cəlb etməmişdi.

Saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir. Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedərkən İstanbulda yaxalanıb. Belə görünür ki, həmin vaxt koronavirus pandemiyasına görə Bakıdan Ukraynaya birbaşa reyslər olmadığından şübhəlilər İstanbul üzərindən uçmağa qərar veriblər. İstanbul polsinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onlar İstanbul aerportuna enən kimi yaxalayıblar. Çünki bu şəxslərin “Lotu Quli” cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub.
Polis qaynaqlarının bildirdiyinə görə, Əli Mövlanlı və Rəsul Həsənov qətlin planlaşdırılmasında və təşkilində iştirak ediblər. Qətldən təxminən bir saat əvvəl isə Türkiyədən qaçıblar. Onlar cinayətdən bir neçə gün əvvəl Xaqan Zeynalovla görüşüblər, Antalyanın Serik rayonundakı otellərdən birində qalıblar və “Lotu Quli”nin qətlindən bir saat əvvəl təyyarə ilə Türkiyəni tərk ediblər.
X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və “Lotu Quli”ni “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir. /Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:14-01-2021, 22:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Əgər 2020-ci il sentyabrın 27-də Qarabağda Vətən müharibəsi başlamasaydı şübhəsiz ki, ölkə mətbuatının başlıca gündəm mövzularından biri “Lotu Quli” ləqəbli məşhur “vor zakon” Nadir Səlifovun qətli olacaqdı. Xəbər verildiyi kimi “Lotu Quli” ötən il avqustun 20-də Antalyadakı otellərdən birində yaxın ətrafına daxil olan “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnərək öldürülüb. O, hadisə yerindən qaçarkən yaxalanıb.
Məşhur mafiya liderinin qətlinin sifarişçisi kimi 2016-cı ildə İstanbulda öldürülən digər azərbaycanlı mafioz “Rövşən Lənkəranski”nin klanı hesab edilirdi və mətbuat yazırdı ki, “Lotu Quli”dən məhz onun qətlinə görə qisas alıblar. İstanbul polisi qətl üzrə əməliyyat-istintaq tədbirlərini həyata keçirərək iki Azərbaycan vətəndaşını həbs edib. Bu hadisə Qarabağda müharibənin başlamasından cəmi 3 gün sonraya təsadüf etdiyindən normal olaraq Azərbaycan mediasının diqqətini cəlb etməmişdi.

Saxlanılanlar Əli Mövlanlı və Rəsul Həsənov adlı şəxslərdir. Onlar 2020-ci il oktyabrın 29-da Bakıdan Ukraynaya gedərkən İstanbulda yaxalanıb. Belə görünür ki, həmin vaxt koronavirus pandemiyasına görə Bakıdan Ukraynaya birbaşa reyslər olmadığından şübhəlilər İstanbul üzərindən uçmağa qərar veriblər. İstanbul polsinin mütəşəkkil cinayətkarlıqla və terrorla mübarizə idarəsinin əməliyyatçıları onlar İstanbul aerportuna enən kimi yaxalayıblar. Çünki bu şəxslərin “Lotu Quli” cinayətində əli olduqları barədə polisdə əməliyyat məlumatları olub.

X.Zeynalov hələlik sifarişçinin adını çəkmir və “Lotu Quli”ni “xoşu gəlmədiyi üçün öldürdüyünü” deyir. /Virtualaz.org
Paylaş:
Müəllif :
Fuad
Tarix:14-01-2021, 22:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.
