Azərbaycan Xocalı aeroportunu bağlayır? - Uçuşlar olmayacaq və...

“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:
“Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil.
Bundan əlavə, Rusiya tərəfi sülhməramlı qüvvələrin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Azərbaycan buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür.
Rusiya faktiki olaraq 5 il ərzində Qarabağda olacaq. Ona görə də Füzuli aeroportu açılandan sonra, Azərbaycanın nəzarəti altında Rusiya təyyarələri bura eniş edəcək. Nəzərə alaq ki, Türkiyə hərbiçiləri də Qarabağdadı və Füzuli aeroportuna qardaş ölkənin hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbiçilərinin təminatını hər iki ölkə qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcəkdir”.
Politoloq Azərbaycanın Xocalı aeroportunun əhəmiyyətini sıfıra endirəcəyini bildirib:
“Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir Helikopter uçuşuna icazə verməyəcək. Bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq”. /Redaktor.az
Paylaş:
Müəllif : Fuad
Tarix:8-01-2021, 22:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-01-2021, 22:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO