
QHT tərəfindən çoxuşaqlı aztəminatlı ailələrə psixoloji və sosial yardım göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tərəfdaşlığı ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi tərəfindən icra edilən “Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə psixoloji və sosial yardımların göstərilməsi” layihəsi çərçivəsində Lənkəran rayonun Separadi, Velədi, Ürgə, Vel, Gərmətük, Xarxatan, Aşağı Nüvədi, Göyşaban, Şilavar kəndi, Lənkəran və Liman şəhərində 10 gün ərzində ümumilikdə 25 çoxuşaqlı aztəminatlı ailəyə ərzaq, tibbi-gigiyenik vasitələr (maska, spirt və sabun bağlamalar) və psixoloji yardımlar göstərilib. Layihə rəhbəri İntiqam Səfərovun verdiyi məlumata görə aidiyyəti dövlət qurumları və vətandaş müraciətləri əsasında təşkilatın əməkdaşları tərəfindən hər bir ailənin yaşadığı ünvanlara səfər edilərək onların yaşayış vəziyyəti təhlil edilib, layihəyə uyğunluğu bir daha yerində araşdırılıb və siyahısı hazırlanıb. Bu səbəbdən edilən yardımlar tam şəkildə qeyd olunan yardımlara daha çox ehtiyacı olan ailələrə verilib. O, COVİD-19 pandemiyası dövründə layihə çərçivəsində sosial yardımla yanaşı psixoloji yardımların göstərilməsinin çox əhəmiyyətli olduğunu bildirib. Hətta bəzi ailələrin pandemiya nəticəsində ciddi psixoloji sarsıntılara məruz qaldığının şahidi olduğunu qeyd edib. Hər bir ailə edilən yardımlara, göstərilən qayğıya görə dövlətə, cənab prezidentə, eyni zamanda maliyyə yardımını ayıran QHT Şurasına, Səhiyyə Nazirliyinə və İctimai Birliyə təşəkkür və minnətdarlığını dilə gətirib.
Layihənin həyata keçirilməsində məqsəd koronavirus pandemiyasından zərər çəkmiş iş yerlərini itirmiş və çoxuşaqlı aztəminatlı ailələrə psixoloji, tibbi-gigiyenik və ərzaq yardımlarının göstərilməsini həyata keçirtmək.
Hörmətlə;"Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə
Yardım ictimai birliyinin mətbuat xidməti








Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2020, 14:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Layihənin həyata keçirilməsində məqsəd koronavirus pandemiyasından zərər çəkmiş iş yerlərini itirmiş və çoxuşaqlı aztəminatlı ailələrə psixoloji, tibbi-gigiyenik və ərzaq yardımlarının göstərilməsini həyata keçirtmək.
Hörmətlə;"Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə
Yardım ictimai birliyinin mətbuat xidməti








Paylaş:
Müəllif :
Fuad
Tarix:14-09-2020, 14:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
