Daha bir məktəblini döyüb xəstəxanalıq etdilər — Bakıda

Paytaxtın Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə şagirdlərdən biri özünü pis hiss edib, məktəbə təcili tibbi yardım çağırılıb.
Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Virtualaz.org-a faktı təsdiqləyib. Abubəkirov deyib ki, saat 17:02-də məktəbdən çağırış qəbul olunub.
9 yaşlı şagird qapalı kəllə-beyin travması diqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində döyülmə izi olub. Uşaq Klinik Tibbi Mərkəzə Təhsil Nazirliyinin nümayəndələrinin müşahidəsi ilə gətirilib. Uşağın həyatı üçün təhlükə yoxdur.
Xəstəxanadan verilən məlumatda isə deyilir ki, uşağın anası da yanındadır. Uşaq evdə döyüldüyünü deyib.
158 nömrəli orta məktəbdən bildiriblər ki, ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.
Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq evdə atası tərəfindən döyüldüyünü bildirib.
Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.
Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciət olunub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-04-2019, 23:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-04-2019, 23:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT