reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Karantinin bitməsini gözləyirik ki, Azərbaycana gələk”

reklam

“Karantinin bitməsini gözləyirik ki, Azərbaycana gələk”


“Bizim ailəmiz dəfələrlə Azərbaycanda olub və biz bu ölkəni çox sevirik”.
Bu sözləri Rusiyanın tanınmış telaparıcısı Dmitri Dibrov “Moskva-Baku” nəşrinə müsahibəsində deyib.

“Azərbaycan mətbəxi ayrıca incəsənət növüdür. Biz qutabı, plovu və manqal salatını çox sevirik. Polina (həyat yoldaşı - red.) evdə manqal salatını çox yaxşı hazırlayır! Çox gözləyirik ki, karantin bitsin, bütün ailəmizlə, uşaqlarla bərabər Bakıya gəlib Azərbaycan mətbəxindən zövq alaq!”, - teleaparıcı qeyd edib.

Nəşrin “Bakıya gəldikdə hansı yerlərə gedəcəksiniz?” sualına isə Dibrov belə cavab verib:

“Əlbəttə ki, Bakı restoranlarına (gülür-red.). İçərişəhərdə, sahildə gəzəcəyik və məmnuniyyətlə möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edəcəyik. Bakı – inanılmaz, xüsusi şəhərdir. Mən hər dəfə ora gələndə xeyirxah münasibət və inanılmaz qonaqpərvərlik hiss edirəm, elə bil evdəyəm”.


Paylaş:


Müəllif : Tarix:
16-04-2020, 08:57
Sikayət   


loading...
Загрузка...