Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir

Rusiyanın Dövlət Duması vətəndaşlıqla bağlı yeni qanun layihəsinin müzakirəsinə hazırlaşır.
Qanun layihəsi qəbul edilərsə, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər mövcud olan vətəndaşlıqdan imtina etməyə bilərlər.
Hazırkı qanunvericiliyə əsasən, Rusiya ərazisində vətəndaşlıq və ya müvəqqəti yaşama icazəsi üçün müraciət etdiyi gündən beş il müddətinə bu ərazidə yaşayan əcnəbilər vətəndaşlıq ala bilərlər.
Rusiya Federasiyasında daimi yaşayan və rus dilini ana dili səviyyəsində bilən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər də Rusiya vətəndaşlığını sadələşdirilmiş formada almaq hüququna malikdirlər.
Yeni qanun layihəsinə görə, 18 yaşına çatmış və vətəndaşlığı olmayan şəxslər, SSRİ vətəndaşı olduqda, SSRİ-nin tərkibində olan dövlətlərdə yaşamış və yaşadıqları bu dövlətlərin vətəndaşlığını almamış şəxslər sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.
Eyni zamanda, Rusiya Federasiyasının ərazisində müvəqqəti və ya daimi yaşayan şəxslər ölkə ərazisində yaşayan RF vətəndaşı ilə evlənibsə və bu evlilikdən ortaq övladları varsa, onlar da vətəndaşlıq ala bilərlər.
Bundan əlavə, qanun layihəsinə görə, Rusiyada daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ən azı üç il Rusiya Federasiyasında yaşayan bir Rusiya vətəndaşı ilə evli olduqları təqdirdə, sadələşdirilmiş prosedurdan istifadə edə bilərlər.
Qanun layihəsi Rusiyada iş müddətinin üç ildən bir ilədək azaldılmasını təklif edir, bundan sonra Rusiya Federasiyasının akkreditə olunmuş təhsil və ya elmi təşkilatlarında peşə təhsili almış şəxslər 1 iyul 2002-ci il tarixindən sonra Rusiya vətəndaşlığını almağın sadələşdirilmiş prosedurundan dəyərlənə bilərlər. /Oxu.az
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2020, 00:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-04-2020, 00:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 11:34
Dünən, 08:26
Dünən, 08:25
Dünən, 08:20
31-08-2025, 14:13
31-08-2025, 09:59
30-08-2025, 09:38

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib