reklam
Regionxeberlericom.az » Cəmiyyət » Teledərslər daha bir kanalda yayımlanmağa başladı

reklam

Teledərslər daha bir kanalda yayımlanmağa başladı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir.

Martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 11, 12 və 13 mart tarixlərində artıq yayımlanmış dərslərin videolarına müvafiq link vasitəsilə, eyni zamanda Təhsil Nazirliyinin videodərslər portalından baxa bilərlər.

Qeyd edək ki, teledərslər əvvəl yalnız “Mədəniyyət” kanalında yayımlanırdı.

Xatırladaq ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-dək dayandırılıb.


Paylaş:


Müəllif : Tarix:
13-03-2020, 16:14
Sikayət   


loading...
Загрузка...