“Uşaqpulu” veriləcək? - AKTUAL

Cəmiyyətdə çox müzakirə olunan “uşaqpulu” məsələsinə Razi Nurullayev bir daha münasibət bildirib. Cebhe.info xəbər verir ki, o, “uşaqpulu” verilməsi zəruriliyini belə izah edib:
“Bütün ailələrə “uşaqpulu”nun, hər doğulan uşağa görə birdəfəlik müavinətin verilməsi və 3 yaşa kimi körpələrin dövlət hesabına qidalanması vətəndaşlarımızın ən böyük istəyi və gözləntisidir. Sosial statusuna fərq qoyulmadan bütün ailələrin - istər varlı, istər kasıb - böyütdükləri uşaqlara görə “uşaqpulu” alması zərurətdir. Çünki uşaqlar kasıb və varlı ailədə böyüməsindən asılı olmayaraq, dövlətin sərvəti və gələcəyidir.
Dövlət bununla sanki öz sərvətinə, gələcəyinə kiçik də olsa, investisiya yatırımı edir və lazım gələndə onu həm də mənəvi haqqla vətən uğrunda ölməyə dəvət etməlidir.
Bu zərurət nədir?
Oğullarımız vətən uğrunda döyüşə gedir, şəhid olur, vətənin keşiyində dayanır, ölkə rəhbərliyinin çağırışı ilə ölkəmizin müstəqilliyinin daim qorunmasında xidmət göstərir, lazım gələndə düşmən qüvvələrə güc nümayiş etdirir. Doğulan qız uşaqlarımız isə gələcəyin qəhrəmanlarının anası, bacısı və həyat yoldaşıdır. Ana-bacılarımız igid övladlarımızın döyüş ruhu, yenilməzliyi, ilham mənbəyidir. Bu gün isə elə vətəndaşlarımız var, deyir ki, hökumət mənim övladım üçün nə edib, onu əlimdən alıb apardı və övladım şəhid, əlil, qazi oldu! Hansı ağrı-acısına sahib olub, bəlkə doğulanda pul verib, uşaq yeməyi ilə təmin olunmasını boynuna götürüb, böyüdüb igid bir əsgər olmasına yardım edib? Bunun üçün də uşaqlara xüsusi dövlət qayğısı olmalı, onun böyüməsində valideynlə bərabər iştirak etməlidir. Bir sözlə, dövlət uşaqlara sahib çıxmalı və lazım olan anda da vətən, torpaq üçün ölümə göndərməyə nəinki hüquqi, həm də mənəvi haqqı olmalıdır. Hər doğulan uşağa görə birdəfəlik yardımın verilməsi, 3 yaşına kimi pulsuz yeməklə təminatı və 18 yaşa kimi "uşaqpulu"nun verilməsini zərurət edən budur!”
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2020, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-01-2020, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO