Daha bir istirahət mərkəzindən şikayət - “4 uşaqla soyuqda qaldıq”

Bakı sakini Hicran Quliyeva Xızı rayonunda yerləşən “Cənnət bağı Altıağac” istirahət mərkəzində ona və ailəsinə qarşı kobud rəftar edildiyini iddia edib. regionxeberlericom.az “Qafqazino”-a istinadən xəbər verir ki, şikayətçi bildirib ki, otaqları qabaqcadan rezerv etsələr də, giriş vaxtından (saat 14:00-dan) 3-4 saat əlavə bayırda gözləməli olublar. Bununla bağlı şikayət etdikləri zaman isə kobud rəftarla qarşılaşıblar:
“Yanvar ayının 4-nə Altıağac İstirahət Mərkəzində iki gün əvvəlcədən 2 ailə üçün yer rezerv etdik. Mərkəzə çatanda bizə hələ otaqların boşalmadığı bildirildi. Hava soyuq olduğundan mərkəzin ərazisində yerləşən restorana getməyi qərara aldıq. 30 dəqiqəyə yaxın bizə heç kim yaxınlaşmadı. Daha sonra saat yarımdan çox da sifarişimizi gözlədik. Günümüzün yarısı otelin səriştəsiz işçilərinin ucbatından restoranda və soyuq havada keçdi. Saat 16:00- 17:00 arası qeydiyyat şöbəsinə yaxınlaşdıq, ancaq hələ də otaqlar hazır deyildi. Dediklərinə görə, qonaqlar o qədər çoxdur ki, xadimələr otaqları təmizləməyə çatdırmır.
Şikayət etmək üçün otel rəhbərliyi ilə görüşmək istədik, bu zaman da üzərimizə mühafizəçiləri göndərdilər. Kobud formada bildirildi ki, xoşunuz gəlmirsə, pulunuzu alıb gedin. Yanımızda birinin 4 yaşı olmaqla 4 uşaq var idi.
Duşünmürlər ki, axşam vaxtı bu balaca azyaşlı uşaqlar dumanlı qarlı havada, buz bağlamış yollarda hər hansı təhlükə ilə üzləşə bilərlər? Turizmi inkişaf etdirmək istəyirik, ancaq Azərbaycan vətəndaşlarına belə xidmət göstərildiyi halda, xarici qonaqlara xidmət necə olacaq?”
“Qafqazinfo” məsələylə bağlı "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzi ilə əlaqə saxlayıb.
Bildirilib ki, məsələ araşdırılıb və müştərinin dedikləri doğrudur: “Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 11:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:53
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.