“Niyə buna mənfi don geyindirirlər?” - “Azərenerji”dən açıqlama

Bəzi saytlarda "Azərenerji" rəhbərliyinin əməkdaşlarına bayram pulunun əvəzinə yeşiklə pomidor verilməsi ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq, "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, 2018-ci ilin sentyabr ayında "Azərenerji" rəhbərliyində kadr islahatı aparıldıqdan sonra əməkdaşların məvacibi 30 faizə qədər artırılıb.
"Bayram pulu məsələsinə gəldikdə, əmək müqaviləsində "bayram pulu" deyə bir anlayış yoxdur. Amma buna baxmayaraq, bayramlarda Səhmdar Cəmiyyətin daxili imkanları hesabına bütün əməkdaşlara bayram münasibəti ilə birdəfəlik pul mükafatı verilir və bu bayram ilə bağlı da pul mükafatı verilib. Pomidor paylanması məsələsinə gəldikdə isə burada pis olan nə var ki? "Azərenerji" İstilik Elektrik Stansiyaları var və orada elektrik enerjisi istehsal olunarkən yaranan istilikdən faydalanmağın nəyi pisdir? Onsuz da həmin istilik alınır və onu boşuna havaya buraxmaqdansa, istixanalara yönəldib pomidor yetişdirmək və sonra da onu işçilərə paylamaq sizcə pis haldır? "Azərenerji" daxili imkanlardan faydalı istifadə edib yetişdirilən məhsulu bazara çıxarıb satmır ki, təmənnasız işçilərinə paylayır. Niyə buna belə mənfi don geyindirirlər”, - deyə Abdullayev qeyd edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2019, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2019, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:31
13-09-2025, 20:49
13-09-2025, 13:52
13-09-2025, 12:02
13-09-2025, 11:55
13-09-2025, 11:53
12-09-2025, 15:04

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.