Yevda Abramov dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.
***
Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.
Mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın qızları Fərəh Yusifova, Bəsdi Yusifova, Səbinə Abramova, oğulları Sasun Kohen (Abramov), Elçin Abramov, gəlinləri İlyanora Abramova, Culyetta Kohen (Abramova) və başqaları iştirak ediblər.
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Yevda Abramovun vəfatı ilə bağlı ünvanladığı məktubu mərasim iştirakçılarına çatdırıb.
Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib.

Paylaş:
Müəllif : Redaktor
Tarix:8-12-2019, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-12-2019, 14:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II