Qadınları təhqir edən Cümşüd Nuriyevə sərt cavab verildi: - “Özü də, ətrafı da...”
Keçmiş deputat Cümşüd Nuriyev AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir edib. O, cəbhəyə gedən qadınlar haqqında bunları deyib:
“Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.
Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu Modern.az-a keçmiş deputatın səsləndirdiyi fikirlərə sərt etirazını bildirib:
“Cümşüd Nuriyev özü nədir ki, onun səsləndirdiklərinə də cavab verim?! Qadın batalyonu cəbhədə əsgərlər arasında ruh qaldırmaq üçün yaradılmışdı. Yəni ki, baxın, qadınlar da müharibəyə gedir. Həmin vaxt ali təhsilli, elmlər doktoru olan qadınlar cəbhəyə getmək üçün yazılmışdılar. İndi o qadınları bu formada təhqir etməyə Cümşüd Nuriyevə kim icazə verib?! Cümşüd Nuriyevin özü də, ətrafı da alçaqdır!”.
Novella Cəfəroğlu bir də belə təhqirə yol verən şəxsləri məhkəməyə verəcəyini qeyd edib:
“Bizim cəmiyyətin 6 qızı döyüşlərdə şəhid olub. Əsgərlərin yanına rayonlara gedirdik, yemək, geyim aparırdıq. Qadın batalyonunun işi bu idi. Özlərini yığışdırsınlar. Bir də bizim batalyona söz deyən olsa, hamısını məhkəməyə verəcəyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2019, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2019, 12:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?