İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da “Sea Breeze” istirahət mərkəzində olublar.
“Sea Breeze”in təsisçisi Emin Ağalarov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə Xəzər dənizinin sahilində yerləşən kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verib.
Bu istirahət mərkəzini paytaxtdan cəmi 30 dəqiqəlik məsafə ayırır. Müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünyada nadir layihə hesab olunur. Burada indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilərək istifadəyə verilib, 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Bundan başqa, ərazidə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada da yaradılacaq. Dördpendirli pizza
“Sea Breeze”də artıq 20 min sakin yaşayır. 2028-ci ilə qədər isə onların sayı 50 mindən çox olacaq. Layihə tam yekunlaşdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq.
“Sea Breeze”də sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub. Burada istirahət zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb, məktəb, uşaq bağçası, xəstəxana tikilib, təxminən 10 milyon bitki və ağac əkilərək, yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatdırılıb.
Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”in əsas layihələri sahilboyu yerləşir.
“Sea Breeze”in ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin xeyli artırılması planlaşdırılır. Layihəyə yatırılan ümumi investisiyanın məbləği 3 milyard ABŞ dollarına çatıb. Növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayənin cəlb olunması planlaşdırılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 22:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO