reklam
Regionxeberlericom.az » Cəmiyyət » AFFA-dan Mübariz Mənsimovun klubu ilə bağlı qadağa

reklam

AFFA-dan Mübariz Mənsimovun klubu ilə bağlı qadağa


Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti konfransı keçirilib.
Toplantıda assosiasiyanın təşkilatçılığı ilə keçirilən U-17 Liqasında yaşanan xoşagəlməz hadisə müzakirə olunub.

Belə ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçında azarkeşlər meydana daxil olublar və Lənkəran təmsilçisinin fanatlarının bu hərəkəti kluba ağır cəza verilməsi ilə nəticələnib. Qərara əsasən “Xəzər Lənkəran” 1 ev oyununu azarkeşsiz keçirməli olacaq. Fanatların stadiona daxil olmasına qadağa qoyulub.

Oyunun 90+4-cü dəqiqəsində baş verənlər də cəzasız qalmayıb. “Kəpəz”in futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran”ın oyunçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 matçlıq cəzalanıb.

Maraq üçün qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan “Xəzər Lənkəran” klubunun əsas komandası illər əvvəl AFFA-ya etiraz olaraq fəaliyyətini dayandırıb. Belə ki, 2015/2016-cı il mövsümünün yekununda "Xəzər Lənkəran" klubu bəyant yayıb. Bu bəyanatda klubun əsas komandasının Azərbaycan çempiontlarında iştirakının dayandırılması, buna baxmayaraq aşağı yaş qrupları üzrə komandanın fəaliyyət göstərəcəyi barədə məlumat əks olunub. Klub əsas komandanın bütün oyunçularına gələcək fəaliyyətlərini asanlıqla davam etmələri üçün azad agent statusu verib.




 


Paylaş:


Müəllif : Tarix:
22-10-2019, 14:03
Sikayət   


loading...
Загрузка...