Tramp azərbaycanlıları Kosta-Rikaya deportasiya etdi - Onların aqibəti necə olacaq?
Fevral ayında ölkəni qeyri-qanuni mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dan deportasiya edildikdən sonra 200 nəfərlik bir qrup təyyarə ilə Kosta-Rikaya aparılıb.
SWI-yə istinadla xəbər verir ki, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
Qrupdakı 16 Çin vətəndaşı Kosta-Rika hakimiyyətlərindən siyasi sığınacaq istəyib. Hazırda ölkənin Miqrasiya və Xarici Vətəndaşlarla İş üzrə Baş İdarəsi onların müraciətlərinə baxır.
Sığınacaq üçün müraciət edənlərin immiqrasiya təcridxanasını tərk edib Kosta-Rikada işləmək hüququ var.
Deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir.
Kosta-Rika hökuməti bildirib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) maliyyə dəstəyi verir. Bununla belə, Kosta-Rikanın cənubundakı Panama ilə sərhədə yaxın Korredores şəhərində yerləşən CATEM sığınacağındakı şərait İnsan Haqları İzləmə Təşkilatı və ayrı-ayrı millət vəkilləri də daxil olmaqla hüquq qruplarının tənqidinə səbəb olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2025, 11:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır