reklam
Regionxeberlericom.az » Cəmiyyət » Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi

reklam

Britaniya Fərhad Əhmədova qarşı sanksiyaları ləğv etdi

















Böyük Britaniya Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb.

Bu barədə Birləşmiş Krallığın Maliyyə Sanksiyalarının Həyata keçirilməsi İdarəsinin (OFSI) yaydığı məlumatda bildirilib. 

Məlumata görə, F.Əhmədovun aktivləri daha dondurulmuş hesab edilmir.

Xatırladaq ki, milyarder 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiya siyahısından çıxarılmışdı. O, 2022-ci il aprelin 8-də sözügedən siyahıya daxil edilmişdi. Sanksiyaya səbəb kimi sahibkarın Kremlə yaxınlığı, Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilirdi. Bununla yanaşı, F.Əhmədov 2024-cü ildə Avropa İttifaqı Şurasına məhkəmədə qalib gəlmişdi.




Paylaş:


Müəllif : Tarix:
19-03-2025, 18:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər