Coşqun Tahirə cavab verdi
“Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov həmkarı “Planet Parni iz Baku” KVN teatrının yaradıcısı, Əməkdar artist Tahir İmanovun müsahibələrin birində söylədiyi “Biz qadın obrazı oynamağı özümüzə yaraşdırmırıq. Aktyorluq bu deyil. “Bu şəhərdə”nin konsertləri müəyyən çərçivədədirlər. Onların konsertlərində ciddi satira və tənqid yoxdur” tənqidi fikirlərinə münasibət bildirib.
RegionXəbərləricom.az olay-a istinadla xəbər verir ki, bu barədə aktyor “YouTube”da yayımlanan “Künc Bucaq” layihəsinə müsahibəsində danışıb.
Rəhimov bütün tənqidlərə açıq olduğunu və səhnədə yaratdığı hər bir obrazın öhdəsindən ustalıq, məhərrətlə qəldiyindəndən əmin olduğunu dilə gətirib:
“Mən bütün tənqidlərə açığam və sübut etməyə də hazıram. “Bu şəhərdə” adından görüldüyü kimi 2 aktyorun teatrıdır. Bütün obrazları oynamaq bizim öhdəmizə düşür. Deyərdim ki, bizim teatrımız Azərbaycanda bir yenilikdir. Artıq 25 -ci ilə gedirik, hələ də sevilirik, qəbul olunuruq. Küçədə gedəndə arxamızca söz atan olmayıb. Bizi hər zaman hamı hörmətlə qarşılayırlar.
O ki qaldı sənət baxımından söhbətin qadın obrazlarından getməsinə, əgər bunu oynaya bilirsənsə meydan açıqdır. Əgər o obrazı təpədən dırnağa kimi qadın kimi təqdim edə biləcəksənsə meydan açıqdır. O tənqidlərə mənim heç bir cavab yoxdur. Tamaşaçı fərqlidir və bizim tamaşaçımız daha çoxdur. Bizə dəyər verən və dəstəkləyən tamaşaçımız çoxdur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-12-2024, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO