Gülağa Aslanlının müraciəti qismən təmin edildi

21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizəd, Müsavat Partiyasının üzvü Gülağa Aslanlı seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.
Bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert qrupunun üzvü İlkin Şahbazov məlumat verib.
G.Aslanlı müraciətə 26 məntəqəyə dair videogörüntülər əlavə edib. Araşdırma zamanı videogörüntülərə baxış keçirilib və seçicilərin iradəsinə müdaxilə ilə bağlı qayda pozuntusu müəyyən olunmayıb.
Həmçinin müraciətdə iddia olunur ki, 37 seçki məntəqəsinin üzvləri həmin məntəqələr üzrə yaşamır.
Qeyd olunur ki, bir sıra ünvanlarda yerləşən məntəqələr 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin yox, 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin hüdudlarına aiddir. Lakin seçki dairələrinə məxsus olan məntəqələrin ünvanları MSK-nın rəsmi saytında da qeyd olunub. Bu isə o deməkdir ki, iddia əsassızdır.
Şikayətçinin müraciəti əsasında 30 saylı seçki məntəqəsində doğrudan da qayda pozuntularının olması müəyyən edildiyi üçün isə sözügedən məntəqənin səsvermə nəticələri ləğv olunub. Beləliklə, Gülağa Aslanlının müraciəti qismən təmin edilib.
Təklif səsə qoyularaq qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-09-2024, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib