Rusiyaya işləməyə gedənlərlə bağlı qayda dəyişir

Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinə dair bir neçə aydır davam edən müzakirələr yenidən gündəmə gəlib.
“RBK” portalı xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin sözügedən məsələ barədə danışıb və ölkədə işləyən əmək miqrantlarının ailələrini özləri ilə gətirmək imkanına qarşı çıxış edib.
Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslı əmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verən boşluq aradan qaldırılmalıdır: “Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisə daşımalıdır. Bununla belə, buraya işləmək üçün gələn aşağı ixtisaslı kadrlar, miqrantlar özləri ilə ailələrini gətirməməlidirlər. Qanunvericilikdə miqrantlara özləri ilə yaxınlarını gətirməyə imkan verən boşluq mövcuddur, buna görə də, hazırda bu məsələ müzakirə edilir”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediasında yayılan məlumata görə, Dumanın Liberal-Demokrat Partiyası fraksiyasının deputatları parlamentin aşağı palatasına Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarına ölkəyə ailələrini gətirməyə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Layihə müəlliflərinin sözlərinə görə, qanun qüvvəyə minərsə, əcnəbinin əmək müqaviləsi və ya patenti ölkəyə öz ailəsini gətirməyə əsas verməyəcək.
Onu da qeyd edək ki, avqustda Rusiya Daxili İşlər Nazirliyi 2023-cü ildə Rusiyada olan əmək miqrantlarının sayı ilə bağlı məlumat yayıb. Bildirilib ki, ölkədə iş məqsədilə gələn təqribən 3,5 milyon qanuni əcnəbi vətəndaş olub. Onların əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.
Məlumat üçün bildirək ki, Azərbaycandan da Rusiyada işləmək üçün gedən vətəndaşların sayı kifayət qədərdir. Belə ki, Rusiyanın müvafiq qurumlarının verdiyi məlumata görə, hazırda ölkədə əmək müqaviləsi ilə işləyən azərbaycanlıların sayı təqribən 200 min təşkil edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2024, 11:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT