Vasif Talıbovla oğlunun yerinə onlar deputat seçildi - Foto

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
RegionXəbərləricom.az “Unikal”a istinadən məlumatına görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.
Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63,09 faiz səslə Azad Novruzov lider namizəddir.
V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55,40 faiz səslə qeyd edilən dairədə birincidir.
X.Məmmədova Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2024, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib