Sabiq nazir müavini vəfat etdi

Uzun illər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, Naxçıvan MSSR-nin daxili işlər nazirinin müavini olmuş Telman Əliyev vəfat edib.
Veteran polis xəstəliyi səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Telman Əliyev 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə ümummilli lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.
Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb. Bir müddət öncə “Qafqazinfo”da onların müsahibəsi dərc edilmişdi.
Müsahibəni buradan oxuya bilərsiniz.

Paylaş:
Müəllif : Fuad
Tarix:31-08-2024, 11:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II