Bakıda yeni asfalt qatı çəkilən yolda PROBLEMLƏR VİDEO

Bakıda yeni asfalt qatı çəkilən yolda hərəkətin təşkilində həm sürücülər, həm də piyadalar problemlə üzləşiblər.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonunun M.Müşfiq küçəsindən gedir. Sözügedən ərazidə asfalt-beton örtüyü yenilənəndən sonra məhəlləyə giriş-çıxış hissədə qırıq xətlər ləğv edilib. Bu da ərazidə yaşayan sakinlərin işini bir qədər çətinləşdirib. Daha doğrusu, yolunu uzadıb.
Yolda problem tək bu deyil. Asfalt örtüyü dəyişdikdən sonra yol cizgi xətləri və velosiped zolağı çəkilib. Amma piyada zolağından başqa. Piyadalar da yolun əks tərəfinə keçməkdə çətinliklə üzləşirlər. Baxmayaraq ki, nişan var, amma zolaq yoxdur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirdilər ki, təmir yekunlaşan küçədə xətləmə işləri tam yekunlaşmayıb. Nişanların mövcud olduğu yerlərdə piyada zolaqları çəkiləcək. ''Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların tələblərinə riayət etməlidirlər'', - deyə agentlikdən bildirilib.
Ətraflı süjetdə:
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2024, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib