Azərbaycan meyvə-tərəvəz ixracından 380 milyon dollardan çox gəlir əldə edib
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib.
APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4% və ya 16.3 milyon dollar, həcmi isə 7.2% və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk yeddi ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edib.
Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində tomat (116.9 min ton), 54.5 milyon dollar dəyərində meşə fındığı (8 844 ton), 27.8 milyon dollar dəyərində xurma (35.4 min ton), 23.6 milyon dollar dəyərində alma (35.4 min ton ), 20.4 milyon dollar dəyərində kartof (48.2 min ton), 3.3 milyon dollar dəyərində nar (3651 ton) olub.
Əlavə edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.38%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20.48%-ə bərabər olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2024, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II