Abituriyentlərə BƏD XƏBƏR - Bu ixtisasların balı artacaq
Artıq bir müddətdir ki, abituriyentlərin ixtisas seçimi prosesi başlayıb. Tələbə adını qazanmaq istəyənlər müvafiq 5 ixtisas qrupu üzrə özlərinə və topladıqları ballara uyğun ixtisasları kodlaşdırırlar.
Ötən ilə nisbətən, bu il bir sıra ixtisasların keçid balında stabillik müşahidə olunur. Lakin son günlər yayılan xəbərlərə əsasən, abituriyentlər tərəfindən yüksək tələb görən pedaqoji ixtisasların balı xeyli arta bilər. Bir çox abituriyent və valideynlər bu iddialardan narahatdır.
Bəs görəsən, müəllimlik ixtisaslarının balında artım gözlənilirmi? turbo az mercedes
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirib ki, hazırda pedaqoji ixtisaslar iş arealı ən geniş olan peşələr sırasındadır:
“Bildiyiniz kimi, son illər aparılan islahatlar və eyni zamanda müəllim peşəsinin stabil olması bu sahəyə olan marağı artırıb. Hazırda gənclər pedaqoji sahəni daha çox seçirlər. Bu birinci növbədə pedaqoji sahədə iş tapmağın digər peşələrə nisbətdə daha asan olması ilə bağlıdır. Hər il Elm və Təhsil Nazirliyi ölkə üzrə təqribən 10 minə yaxın vakant yer çıxarır”.
Ekspertin fikrincə, ötən illərdə olduğu kimi, bu il də pedaqoji ixtisasların keçid balın yüksələcək:
“Digər tərəfdən, bu gün ölkədə işləyən hər 10 müəllimdən ən az 6-7-si repetitorluqla məşğul olur. Bu isə onlara əlavə qazanc gətirir. Bu baxımdan pedaqoji sahələrə maraq çoxdur. Təbii olaraq, bu öz növbəsində rəqabət mühitini gücləndirir. Nəticə etibarı ilə pedaqoji sahədə olan ixtisaslarda bal artımı müşahidə olunur. Düşünürəm ki, ötən illərdə olduğu kimi, bu il də həmin ixtisasların balı artacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2024, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II