Bu qida Ozempic kimi təsir göstərir

Sosial şəbəkələrdə insanlar iddia edirlər ki, su, yulaf və limon şirəsi qarışımı arıqlatmaq baxımından Ozempic dərmanının təsirini təqlid edir.
Medicina.az xəbər verir ki, yeni araşdırma bu iddiaların doğru ola biləcəyini göstərib.
Belə ki, araşdırma yulafdakı lif növünün adıçəkilən dərmanla eyni biokimyəvi yolla işlədiyini üzə çıxarıb.
Şübhəsiz ki, Ozempic dərmanı haqqında eşitməyən yoxdur. Əvvəlcə 2-ci tip diabetin müalicəsi üçün hazırlanan bu dərmanın sonradan həm çəki, həm də ürək problemləri riskini azaltmağa kömək etdiyi üzə çıxıb.
Üstəlik dərmanın idrak qabiliyyətinin zəifləməsinin də qarşısını aldığı bildirilir. Ozempic hətta siqareti tərgitməyə belə kömək edə bilər. Ancaq həkimlər bu dərmanı nəzarətsiz istifadə etməyi məsləhət görmürlər. Odur ki, uzun müddət tox hiss etmək istəyənlər dərman əvəzinə yulafa üz tuta bilərlər.
Yeni araşdırmada tədqiqatçılar yulafda çox miqdarda olan beta-qlükanın təsirlərinə fokuslanıblar.Təcrübələr siçanlar üzərində aparılıb. Məlum olub ki, siçanlar yulaf, yüksək yağ və şəkərlə zəngin bir pəhriz istehlak etdikdə, daha az çəki qazanırlar. Onların yağ kütləsi azalıb, əzələ kütləsi daha yaxşı qorunub. Həmçinin siçanların insulin həssaslığı və qan şəkəri səviyyəsi yaxşılaşıb.
Beta-qlükanın siçanların bağırsaq bakteriyalarını dəyişdirdiyi də aşkar edilib. Onlar faydalı metabolitlər (əsasən butirat) istehsal etməyə başlayıblar.
Yulaf beynə tox olduğunuzu bildirən GLP-1-in sərbəst buraxılmasını stimullaşdırır. Bir çox cəhətdən Ozempic-ə bənzəyir. Bununla belə, yulafın GLP-1 təsiri Ozempic ilə müqayisədə daha zəifdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2024, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib