Məktəbin həyətində cərəyan vurub öldürdü - Foto - Yenilənib

Bakı şəhəri Xətai rayonunda yerləşən 245 saylı orta məktəbin həyətində faciə yaşanıb.
RegionXəbərləricom.az Modern.az-a istinadən xəbər verir ki, məktəbin şagirdi Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumata görə, yeniyetmə futbol oynamaq üçün məktəbin hasarından keçmək istəyərkən onu elektrik cərəyanı vurub.
Məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də təsdiqləyib. Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45-də təcili tibbi yardım bölməsinə cərəyan vurma səbəbi ilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
245 nömrəli məktəbdən bildirilib ki, 29 iyul saat 20:40 radələrində məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub:
“Məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib. Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2024, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib