Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Bakının Nərimanov rayonunda yerləşən “Oliqarx Baku” restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.
Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb.
Hadisə isə bu ilin fevralında baş verib.
Məhkəmədə verilən ifadələrdən məlum olub ki, səhər saatlarına doğru müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində “Oliqarx Baku”nun icarədarına zərbələr endirib.
Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, “Oliqarx Baku” həm də gecə klubu kimi tanınır.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2024, 21:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib