Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazandı
Azərbaycanın iki sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Vasif Bağırov (57 kiloqram) fransalı Rasul Qalburayevə (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb - 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.
Musa Verdiyev (65 kiloqram) polşalı Dominik Yaquşa 5:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabı ilə məğlub olub.
Ramik Heybətov (70 kiloqram) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub - 2:3.
Nurudin Maqomedqadjiyev (79 kiloqram) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.
Xetaq Karsanov (97 kiloqram) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib - 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-07-2024, 00:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO