reklam
Regionxeberlericom.az » Araşdırma » Priqojinin üsyanı zamanı Putini kimlər dəstəklədi? - SİYAHI

reklam

Priqojinin üsyanı zamanı Putini kimlər dəstəklədi? - SİYAHI


















Rusiyada həftəsonu yaranmış vəziyyət dünyanı təəcübləndirməklə yanaışı Ukrayna münaqişəsini də bir anlığa unutdurdu. Söhbət təkcə iki ölkə sərhədində yerləşən rayonların deyil, bütün Rusiyanın taleyindən gedirdi.

Baxmayaraq ki, Ukrayna hakimiyyət orqanlarından başqa heç bir xarici ölkə liderləri “Vaqner”çilərin Moskvaya yürüşünün uğurlu olacağına inanmırdı.

Bizim.Media xəbər verir ki, “Vestnik Kavkaza.ru” qiyam günündə Rusiya liderini və Rusiya dövlətini dəstəkləyən digər ölkə liderlərinin siyahısını hazırlayıb.

Nəşrin hazırladığı siyahıda ilk yeri üsyankar Yevgeni Priqojinin belə rəğbət bəslədiyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tutur:

“Türkiyə lideri həmin çətin anda Vladimir Putinə tam dəstəyini ifadə edib. Putinlə Ərdoğan arasındakı dostluq zahiri görünüş, gözəl söz deyil, real və güclü əsaslara söykənir. Ərdoğanın hansı dəstəyi verməyə hazır olduğu tam aydın olmasa da, niyyəti onun aktivliyi ilə əlaqələndirilib.

Türkiyə ilə müqayisədə Rusiya üçün daha uğurlu müttəfiq kimi görünən İran bu məsələdə heç də səmimi görsənmədi. Priqojinin tanklarının Rostovda olduğu gün İran hakimiyyəti Rusiyada qanunun aliliyinə hörmət edilməsini deməklə işini bitmiş hesab edib.

Ən əsası İran Xarici İşlər Nazirliyinin bəyanatı ilə hər şey bitib. Üstəlik, Tehranın qanunun aliliyi dedikdə konkret nəyi nəzərdə tutduğu da bəlli deyil. Ən pisi də odur ki, İran prezidenti hər şey normallaşdıqdan sonra iyunun 26-da Putinə zəng edib.

Nəşr daha sonra yazır ki, bu məsələdə Çinin davranışı olduqca qeyri-müəyyən olub:

“Si Cinpin Ərdoğandan fərqli olaraq dəstək verməyə tələsmirdi. Yalnız bazar günü günortadan sonra, iyunun 25-də hər şey aydınlaşdıqdan sonra “Çin tərəfi 24 iyun hadisələri ilə əlaqədar ölkədə vəziyyəti sabitləşdirmək üçün Rusiya Federasiyası rəhbərliyinin səylərini dəstəklədiyini, İran və Çinin gecikmiş və tərəddüdlü müraciətləri ilə yanaşı, Yaxın Şərqin bir çox ölkələri də Putinə dəstək ifadə ediblər.

Müvafiq müraciət Qətər əmiri Al Tani, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən göndərilib. Kremlə qarşı düşmənçiliyə və Putinin Ukrayna ilə bağlı qərarlarını tənqid etməsinə baxmayaraq, Qərb dövlətləri Rusiyada sabitliyin pozulmasına sevinməyə tələsmirdilər.

Rəsmi olaraq həm ABŞ, həm də Aİ Rusiya Federasiyasındakı vəziyyəti diqqətlə izlədiklərini bildirir. Lakin reallıqda özlərini elə aparırdılar ki, sanki Priqojinin hakimiyyətə gəlməsindən qorxurlar.

“The Financial Times” yazır ki, Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşündə iştirak edən nazirlərdən bəziləri “Rusiyanın sabitliyi pozması Avropanın maraqlarına uyğun deyil” deyib. Britaniyanın müdafiə naziri Ceyms Kleverli Priqojinin üsyanını son dövrlərdə Rusiyanın təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb”.

Bəs, Qərb niyə bu qədər narahat idi?

“Vestnik Kavkaza.ru” bunun səbəbini belə izah edir:

“Yevgeni Priqojin Qərb üçün aysberqin görünmüyən üzü idi. Qərb liderləri düşünürdülər ki, Priqojin hakimiyyətə gəlsə, Ukraynadakı müharibə daha geniş miqyaslı hərbi əməliyyatlara çevrilə bilər. Həm NATO, həm də ABŞ belə eskalasiya ssenarisindən qorxurlar, çünki buna adekvat cavab verə biləcəklərinə əmin deyillər.

Digər tərəfdən, Qərbdə Rusiyanın dağılması qorxusu güclüdür, çünki bu halda Rusiya ərazisi üzərində paylanan nüvə silahları bir anda bir çox dövlətlərin əlində olar. Tarixdən xatırlayırıq ki, yeni müstəqillik qazanmış Qazaxıstan, Belarus və Ukrayna öz nüvə arsenallarını Rusiyaya təhvil verəndə ABŞ rahat nəfəs almışdı.

Təbii ki, “Vaqner”i Belarusa köçürmək və vəziyyəti sabitləşdirmək avropalıları və amerikalıları Kremlin indiki şərtləri ilə Rusiya ilə barışmağa ruhlandırmayacaq.

Dövlət katibi Entoni Blinken və digər G7 ölkələrinin nazirləri artıq Rusiyadakı vəziyyətin Ukraynaya dəstəyin azalmasına səbəb olmayacağını bildiriblər. Ancaq başa düşürlər ki, Vladimir Putin Rusiya rəhbərliyi üçün ən yaxşı variantdır. Çünki onunla danışıqlar aparmaq mümkündür”.




Paylaş:


Müəllif : Tarix:
30-06-2023, 11:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər