reklam
Regionxeberlericom.az » Araşdırma » Pilotun cəsədi kresloya yapışmış halda tapılıb - Açıqlama

reklam

Pilotun cəsədi kresloya yapışmış halda tapılıb - Açıqlama


Qəza nəticəsində Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ 29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin bədəninin əsas hissələri kresloya yapışmış halda tapılıb.
Bu barədə  Rəşad Atakişiyevin qohumu, keçmiş dövlət müşaviri Qabil Hüseynli məlumat verib.
“İndi onu DNT analizinə göndərirlər. Daha sonra Təzə Pir məscidində yuyata aparılacaq”, - deyə Qabil Hüseynli əlavə edib.    
Onun sözlərinə görə, mərhum pilotumuzla vida mərasimi sabah saat 9-da Yeni Yasamalda Dadaş Bünyadzadə 2 ünvanında (“Vital” klinikasının arxası), mərhumun yaşadığı binanın qarşısında olacaq:
“Vida mərasiminin rəsmi hissəsi təxminən saat 11-də Salyan kazarmasında Müdafiə Nazirliyinin tədris hissəsində olacaq. İştirak etmək istəyənlər yuxarıda qeyd etdiyim ünvana gələ bilərlər”.


Paylaş:


Müəllif : Tarix:
20-08-2019, 13:07
Sikayət   


loading...
Загрузка...